Sakit axıb gecələr
Bulaq nələr danışır?
Elə bil ki, nağıllar,
Əfsanələr danışır.
Sirlərlə doludur
Gecələr bulaq başı.
Onun zümzüməsidir
Gecələrin sirdaşı....
Səpələnib toz kimi
Şırıltıyla axan su -
Neçin pozur gecənin
O dərin sükutunu?
Bəzən aylı, süd kimi,
Bəzən qara gecələr -
Bulaq laylamı çalır
Yatanlara gecələr?
Nə deyir laylasında
Ötüb qumrular kimi?
O - keçmişin naləsi,
Gələcəyin sirrimi?
Bulaq nə deyir görən,
Hey axdıqca şırhaşır?
Gündüz gördüklərini
Gecəyəmi danışır
• Bəxtiyar Vahabzadə
Bulaq nələr danışır?
Elə bil ki, nağıllar,
Əfsanələr danışır.
Sirlərlə doludur
Gecələr bulaq başı.
Onun zümzüməsidir
Gecələrin sirdaşı....
Səpələnib toz kimi
Şırıltıyla axan su -
Neçin pozur gecənin
O dərin sükutunu?
Bəzən aylı, süd kimi,
Bəzən qara gecələr -
Bulaq laylamı çalır
Yatanlara gecələr?
Nə deyir laylasında
Ötüb qumrular kimi?
O - keçmişin naləsi,
Gələcəyin sirrimi?
Bulaq nə deyir görən,
Hey axdıqca şırhaşır?
Gündüz gördüklərini
Gecəyəmi danışır
• Bəxtiyar Vahabzadə