Kiçik bir kənddə yaşlı bir rəssam yaşayırdı. O, gözəl rəsmlər çəkir, sonra da onu yaxşı bir qiymətə satardı. Günlərin birində kənddə yaşayan kasıb bir şəxs rəssamın yanına gələrək deyir:
- Sən niyə bu kəndin kasıblarına əl tutmursan? Hansı ki, sənin müştərilərin və qazancın da çoxdur. Kəndimizin qəssabına bir baxın. Heç olmasa ondan dərs alın. Qəssab nə varlıdır, nə də ki, sənin kimi qazanc əldə etmir. Amma yenə də, kasıblara əl tutur həftədə iki dəfə kəndin yoxsul insanlarına havayı ət paylayır.
Rəssam onu dinləyib astaca təbəssüm edir və qapısına qədər gəlmiş həmin şəxsə heç bir cavab vermir. Yoxsul şəxs incik halda rəssamın yanından ayrılır və gedib kənddə xəbər yayır ki, rəssam varlı olsa da çox simic insandır. Bundan sonra kənd camaatı rəssama pis gözlə baxmağa başlayır. Bir müddət keçir, kəndin qəssabı hər zamankı kimi həftədə iki, bəzən isə üç dəfə kəndin yoxsul insanlarına ət verməyə davam edir. Günlərin birində yaşlı rəssam xəstələnir və kənd camaatından heç kəs onun yanına gəlib baş çəkmir. Qoca rəssam elə tək-tənha dünyadan köçür.
Rəssamın dünyasını dəyişməsindən bir həftə keçir. Kənd camaatı görür ki, daha qəssab kasıb və yoxsul insanlara havayı ət paylamır. Onlar qəssabdan bu işin səbəbini soruşduqda, qəssab onlara belə cavab verir. Hər ay mənə bir miqdar pul verərək məndən yoxsul şəxslərə həftədə havayı ət paylamağımı istəyən o, yaşlı rəssam bir həftə öncə dünyasını dəyişdi və ət paylamaq da dayandı.